Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Noyabr 2019 04:20
Bakı. Trend:
Avropa İttifaqı genişlənmə siyasəti ətrafında birliyi bərpa etmək üçün səy göstərməlidir.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bunu Xorvatiyanın baş naziri Andrey Plenkoviç ilə görüşün yükunları üzrə Avropa Şurasının rəhbəri Donald Tusk deyib.
D.Tusk bildirib: "Şimali Makedoniya və Albaniya ilə bağlı qərarın verilməməsi böyük bir məyusluqdur, amma mən nikbin olmağa davam edəcəyəm. Aİ-nin genişlənmə siyasəti ətrafında birliyini bərpa etmək üçün mümkün olan hər şeyi etmək lazımdır".
A.Plenkoviç öz növbəsində qeyd edib ki, Xorvatiyanın bu məsələ ilə bağlı mövqeyi aydırdır: "Biz hesab edirik ki, bu ölkələr və onların Avropa perspektivləri, habelə Avropanın cənub-şərq bölgəsində sabitlik üçün bu danışıqlara başlamaq yaxşı olardı".
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin