Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Tottenhem" Poçettinonu istefaya göndərdi

Tarix: 20 Noyabr 2019 04:52

Bakı. Trend:

İngiltərənin London şəhərinin "Tottenhem" futbol klubu baş məşqçi Maurisio Poçettino ilə yollarını ayırıb.

Trend-in klubun saytına istinadən verdiyi məlumata görə, M.Poçettino ilə birlikdə klubu bütün məşqçilər heyəti də tərk edir.

Xatırladaq ki, argentinalı mütəxəssis 2014-cü ildən London klubunun baş məşqçisi vəzifəsində çalışıb. Ötən mövsümdə klub onun rəhbərliyi altında UEFA Çempionlar Liqasının finalına vəsiqə qazanıb, lakin final matçında digər İngiltərə təmsilçisi "Liverpul"a məğlub olub.

Hazırda "Tottenhem" İngiltərə Premyer Liqasında 12 turdan sonra 14 xalla 14-cü yerdədir.

Qeyd edək ki, M.Poçettino məşqçilik karyerasında 2009-cu ildə İspaniyanın "Espanyol" klubunda başlayıb. Bundan əlavə, argentinalı mütəxəssis 2013-2014-cü illərdə "Saunthempton" klubuna da rəhbərlik edib.


Etiketlər:  Tottenhem Poçettinonu istefaya göndərdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ