Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İrəvanda həyəcan: Məktəb və ticarət mərkəzlərində terror aktları təhlükəsi

İrəvanda həyəcan: Məktəb və ticarət mərkəzlərində terror aktları təhlükəsi

Tarix: 12 Aprel 2024 13:32

Ermənistanın Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyi İrəvan məktəblərində törədiləcək terror aktlarının hazırlanması ilə bağlı sosial şəbəkələrdə yayılan xəbərlər barədə hüquq-mühafizə orqanlarına məlumat verib.  

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə nazirliyin mətbuat xidmətindən bildirilib. 

Qeyd edək ki, daha əvvəl anonim "Telegram" kanallarından birində naməlum şəxsin aprelin 12-də İrəvanda 17 məktəbdə, eləcə də 2 ticarət mərkəzində terror aktları törətməyi planlaşdırdığı barədə xəbər yayılıb. Məktəb çatında sürətlə yayılan xəbər valideynlərdə narahatlıq yaradıb.

"Hazırda məktəblərdə dərslər davam edir, lakin biz hüquq-mühafizə orqanlarından mesajları yoxlamağı xahiş etdik", - deyə nazirlikdən bildirilib.

Milli.Az


Etiketlər:  İrəvanda həyəcan Məktəb ticarət mərkəzlərində terror aktları təhlükəsi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ