Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Aprel 2024 19:20
"Apple" şirkəti, "iPhone" istifadəçilərinə mümkün haker təhlükəsi barədə xəbərdarlıq edib.
Sonxeber.net lent.az-a istinadən xəbər verir ki, 92 ölkədən olan istifadəçilər müvafiq xəbərdarlıq alıblar.
Şirkət bəzi təcavüzkarların "iPhone-u uzaqdan pozmağa" çalışdığı qənaətinə gəlib.
Qeyd olunur ki, hadisə ilə bağlı mesajlar zərərli proqramların hücumuna məruz qala biləcək həmin cihazların sahibləri tərəfindən alınıb.
"Apple" bundan əvvəl də öz smartfonlarının istifadəçilərinə oxşar problemlər barədə xəbərdarlıq edib.