Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Baş nazir qəzəbləndi: Belə uşaqlar “supermarket məhsulu”dur

Baş nazir qəzəbləndi: Belə uşaqlar “supermarket məhsulu”dur

Tarix: 14 Aprel 2024 04:06

İtaliyanın baş naziri Corciya Meloni deyib ki, surroqat analıq uşaqlara "supermarket məhsulları" kimi yanaşıldığı "qeyri-insani təcrübə"dir.

Sonxeber.net publika.az-a istinadən xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

İtaliya hökumətinin başçısı parlamenti surroqat anadan uşaq almaq üçün xaricə gedənlərin cinayət məsuliyyətinə cəlb edilməsini nəzərdə tutan qanun layihəsini qəbul etməyə çağırıb.

Surroqat analıq İtaliyada artıq qanunsuzdur, həbs və cərimələrlə cəzalandırılır. Lakin Meloninin sağçı koalisiyası mühafizəkar gündəminin bir hissəsi olaraq daha da sərt qadağa tətbiq edəcəyinə söz verib.

"Heç kim məni inandıra bilməz ki, bətnini icarəyə vermək azadlıq aktıdır, heç kim məni inandıra bilməz ki, uşaqlara supermarketdə tez-tez satılan məhsul kimi davranmaq sevgi aktıdır", - o deyib.

"Mən hələ də uşaq bətnini icarəyə götürmə təcrübəsinin qeyri-insani olduğuna inanıram və bunu universal cinayətə çevirəcək qanun layihəsini dəstəkləyirəm", - Meloni əlavə edib.

İtaliya parlamenti Meloninin İtaliya Qardaşları partiyası tərəfindən hazırlanmış və ABŞ, Kanada kimi surroqat analığın qanuni olduğu ölkələrdə italyanlara uşaq sahibi olmağı qadağan edən qanun layihəsini müzakirə edir. Partiyanın mövqeyi Vatikanın mövqeyi ilə səsləşir.

İtaliya parlamentinin aşağı palatası tərəfindən bəyənilən və hazırda Senatın müzakirəsinə çıxarılan qanun layihəsinin LGBTQ icmasını hədəf aldığını düşünən insan haqları qrupları və bəzi müxalif siyasətçilər tərəfindən tənqid edilib.


Etiketlər:  Baş nazir qəzəbləndi Belə uşaqlar supermarket məhsuludur


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ