Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Gecə Bakıda zəncirvari qəza - Yola dağılan maye sürücülərə çətinlik yaratdı (VİDEO)

Gecə Bakıda zəncirvari qəza - Yola dağılan maye sürücülərə çətinlik yaratdı (VİDEO)

Tarix: 20 Noyabr 2019 10:03

Bakı. Ceyhun Ələkbərov - Trend:

Ötən gecə Bakıda zəncirvari qəza baş verib.

Trend-in məlumatına görə, hadisə Heydər Əliyev prospekti, Bağırov körpüsünün tunelində qeydə alınıb. Bir neçə avtomobilin toqquşmasına səbəb isə yola dağılan maye olub.

Qəzada zərərçəkmiş şəxslər bildiriblər ki, adıçəkilən ərazidən keçən avtomobillər tunelə düşərkən yola dağılan mayeyə görə toqquşublar və bu səbəbdən bir avtomobilə ziyan dəyib. Qəzaya görə, Heydər Əliyev prospektində qısamüddətli tıxac yaranıb.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Gecə Bakıda zəncirvari qəza Yola dağılan maye sürücülərə çətinlik yaratdı VİDEO


RƏYLƏR