Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Aprel 2024 09:56
Martın 26-da "Dali" konteyner gəmisinin vurduğu Frensis Skott Key körpüsünün uçması səbəbindən Baltimor limanının fəaliyyətini dayandırmasından sonra səkkiz minə yaxın insan işini itirib.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, məlumata görə, liman işçilərinin çoxu bir neçə həftədir maaş almayıb və onlar yenidən işə başlamazdan əvvəl yük daşımalarının bərpasını gözləyirlər.
Həmkarlar ittifaqının sözçüsü Riçard Kryuger - "biz onların nə qədər işsiz qalacağını bilmirik", - deyə qeyd edib.
"Körfəzi təmizləməyə nə qədər zaman gedəcək? Bu nə qədər davam edəcək? Axı liman işçiləri hesablarını ödəməlidirlər. Biz, doğrudan da, bilmirik", - deyə o vurğulayıb.
Onun sözlərinə görə, sahilyanı zonanın sakinləri, eləcə də orada yerləşən qurumların əməkdaşları da hücuma məruz qalıblar. İndi yüzlərlə ailə ipoteka, təhsil və avtomobil kreditlərini vaxtında ödəyə bilməyəcəklərinə görə narahatdır.