Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Sədərək”də gənc parklanma ərazisindəki maşınların üzərində ATILIB-DÜŞDÜ - VİDEO

“Sədərək”də gənc parklanma ərazisindəki maşınların üzərində ATILIB-DÜŞDÜ - VİDEO

Tarix: 14 Aprel 2024 15:54

"Sədərək" Ticarət Mərkəzinin parklanma ərazisində avtomobillərin üzərində atılıb-düşən şəxs sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayımlanıb.

Bildirilib ki, hadisə ötən gün "Sədərək" bazarındakı parklardan birində yaşanıb.

Kadrlarda, gəncin bir anda avtomobillərin üzərinə çıxaraq atılıb-düşdüyü və yaşlı kişinin onu aşağı düşürmək istədiyi görünür. Lakin şəxs, ona çağırış edən kişiyə məhəl qoymayaraq avtomobillərin üzərində gəzməyə davam edir. Sonda yaşlı kişi onun ayağından çəkərək avtomobillərin üzərindən aşağı endirərək ərazidən uzaqlaşdırmağa nail olub.

Şəxsin avtomobillərə hansı səbəbdən zərər vurduğu isə məlum deyil.

Milli.Az


Etiketlər:  Sədərəkdə gənc parklanma ərazisindəki maşınların üzərində ATILIB DÜŞDÜ VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ