Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ronaldu məhkəmə qarşısına çıxa bilər - FOTO

Ronaldu məhkəmə qarşısına çıxa bilər - FOTO

Tarix: 15 Aprel 2024 12:04

"Ən-Nəsr"in hücumçusu Kriştianu Ronaldu qardaşı Huqo Dinarte Santos Aveyro ilə bağlı vəziyyətə aydınlıq gətirmək üçün şahid qismində məhkəmə iclasına çağırıla bilər.

Milli.Az oxu.az-a istinadən bildirir ki, Ronaldunun qardaşına qarşı dələduzluq faktı ilə bağlı iş açılıb. Proses iş adamı Rokko Valenti ilə Ronaldunun qardaşının nümayəndəsi olduğu şirkət arasında 2019-cu ildə bağlanmış müqavilənin nəticələri ilə bağlıdır.

Tərəflər arasında Ronaldunun idman köynəklərinin istehsalı üzrə anlaşılmazlıq yaşanıb. Köynəklərin dizaynını Ronaldunun qardaşı bəyənib, lakin sifarişçi onunla razılaşmayıb.

Valentinin maraqlarını təmsil edən vəkil Robert Kapraya növbəti məhkəmə iclası üçün mayın 31-də Kriştianunu çağırmağı təklif edib.

Milli.Az


Etiketlər:  Ronaldu məhkəmə qarşısına çıxa bilər FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ