Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Qarabağ”ın tarixində 3 hadisə: “Kəpəz”, “Şəmkir” və “Sabah”...

“Qarabağ”ın tarixində 3 hadisə: “Kəpəz”, “Şəmkir” və “Sabah”...

Tarix: 15 Aprel 2024 18:40

"Sabah" Azərbaycan çempionu "Qarabağ"ın 7 oyunluq qələbə və 18 matçlıq məğlubiyyətsizlik seriyalarını qırıb.

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, Ağdam klubunun Azərbaycan Premyer Liqasında qələbə qazanmadığı son görüş də eyni rəqiblə duelə təsadüf edib.

"Sabah" hər iki qarşılaşmada Ağdam klubunun qapısına 3 qol vurub. XXII turda 3:3 hesablı heç-heçə ilə kifayətlənən paytaxt futbolçuları XXX turda qalib gəliblər - 3:2.

"Sabah" Azərbaycan çempionatlarının 32 illik tarixində "Qarabağ"a ardıcıl iki oyunda 3 və ya daha çox qol vuran 3-cü komanda olub. Bunadək 3 belə hadisə yaşanıb. İki dəfə "Kəpəz", bir dəfə "Şəmkir" "Qarabağ"la ardıcıl matçlarda məhsuldarlıq göstərib.

Gəncə klubu 1994-cü ildə iki dəfə 4:1 hesablı qələbə qazanıb. 1998-ci ildə isə bu nəticələr fərqli olub - 3:2 və 3:0. "Kəpəz"in eyni ilə təsadüf edən qələbələri iki fərqli mövsümdə qeydə alınıb. "Şəmkir" isə eyni - 2001/02 mövsümündə, 2001-ci ilin sonlarında iki dəfə "Qarabağ"a üç və ya daha çox qol vurub - 5:1 və 3:1.

Milli.Az


Etiketlər:  Qarabağın tarixində 3 hadisə Kəpəz Şəmkir Sabah


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ