Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

ABŞ son 36 saatda gərginliyi azaltmaq üçün... - Blinken

ABŞ son 36 saatda gərginliyi azaltmaq üçün... - Blinken

Tarix: 15 Aprel 2024 23:02

Prezident Baydenin İsrail Baş naziri Benyamin Netanyahuya dediyi kimi, ABŞ İsrailin müdafiəsinə sadiqdir.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bunu ABŞ Dövlət katibi Entoni Blinken deyib.

Onun sözlərinə görə, həftəsonu olanlar onu göstərdi ki, əgər İsrail təcavüzün, hücumun qurbanıdırsa, özünü təkbaşına müdafiə etməli deyil.

Dövlət katibi əlavə edib ki, ABŞ həmçinin son 36 saat ərzində gərginliyin qarşısını almaq üçün diplomatik cavabı da koordinasiya edir:

"Mən regiondakı həmkarlarımla sıx təmaslarda olmuşam və biz qarşıdakı saatlarda və günlərdə də buna davam edəcəyik. Biz eskalasiya istəmirik, lakin İsrailin müdafiəsini dəstəkləməyə və regiondakı şəxsi heyətimizi müdafiəyə davam edəcəyik".

Milli.Az


Etiketlər:  ABŞ son 36 saatda gərginliyi azaltmaq üçün Blinken


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ