Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Mələkxanım Eyubovanın bloger qızı Nəzrinin xınası - VİDEO - FOTO

Mələkxanım Eyubovanın bloger qızı Nəzrinin xınası - VİDEO - FOTO

Tarix: 16 Aprel 2024 10:45

Ötən axşam paytaxtın lüks otellərinin birində, açıq havada Xalq artisti Mələkxanım Eyubovanın bloger qızı Nəzrin Nəcəfovanın müğənni Mərdan Kazımovla nikah mərasimi olub.

Milli.Az bizim.media-ya istinadən bildirir ki, nikahdan sonra Nəzrin yaxın rəfiqələrini "Hamam və spa" mərkəzlərinin birində başına toplayaraq "Henna party" (Xınayaxdı mərasimi) keçirib.

Nəzrinlə Mərdanın nikahından yeni FOTOlar 
"Nişanlımla "TikTok"da oyun oynayaraq tanış oldum" - FOTO

Mərasimdən çəkilən videoları isə sənətkarın qızı sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb. Görüntülərdə ABŞ-a köçən müğənni Elariz Məmmədoğlunun vizajist gəlini Mehriban da yer alıb.

Nəzrin rəfiqələri ilə qapalı hovuz ətrafında toplaşaraq mahnı sədaları altında rəqs edib, əyləniblər. Bundan əlavə, rəfiqələrindən biri onun əlinə xına da yaxıb.
Qeyd edək ki, Nəzrin və Mərdan cütlüyünün toyu aprelin 22-də paytaxtın məşhur restoranlarından birində mediaya qapalı şəkildə keçiriləcək. 

Aşiqlərin nişanı ötən ilin oktyabrında olub.  

Milli.Az


Etiketlər:  Mələkxanım Eyubovanın bloger qızı Nəzrinin xınası VİDEO FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ