Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Aprel 2024 10:52
"Telegram"ın həmtəsisçisi və baş direktoru Pavel Durov mesencerdə tezliklə 16 yeni funksiyanın görünəcəyini açıqlayıb.
Sonxeber.net oxu.az-a istinadən bildirir ki, onun sözlərinə görə, yeni funksiyaların əksəriyyəti artıq tətbiqə inteqrasiya olunub, lakin hələ ki istifadəçilər üçün əlçatan deyil.
Durov son yeniləmə ilə birbaşa mesencerdə əlçatan olan stikerlərin yaradılması funksiyasından da danışıb. İndiyə qədər stikerlər yalnız kənar proqramlarda yaradıla bilirdi.
"Telegram" rəhbəri hesab edir ki, 2015-ci ildən mövcud olan stiker platforması yalnız indi həqiqətən demokratikləşib.