Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Aprel 2024 13:50
Ermənistanın İstintaq Komitəsi və Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları birgə istintaqı aparılan cinayət işi çərçivəsində Səhiyyə Nazirliyində və tibb mərkəzlərindən birində axtarışlara başlayıb.
Sonxeber.net APA-ya istinadən bildirir ki, əməliyyat-istintaq tədbirləri komitədə konstitusiya quruluşunun dəyişdirilməsi və ictimai asayişin pozulmasına cəhd faktı üzrə araşdırılan cinayət işi çərçivəsində həyata keçirilir.
Ermənistanın İstintaq Komitəsindən bildirilib ki, əməliyyatın təfərrüatları barədə əlavə məlumat veriləcək.