Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İsrail ordusu əməliyyat keçirdi - “Hizbullah”ın komandiri öldü

İsrail ordusu əməliyyat keçirdi - “Hizbullah”ın komandiri öldü

Tarix: 16 Aprel 2024 21:46

İsrail Hərbi Hava Qüvvələrinin Livanda keçirdiyi əməliyyat nəticəsində "Hizbullah" hərəkatının komandirihəlak olub.

Milli.Az qafqazinfo.az-a istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.

"İsrail Hərbi Hava Qüvvələrinə məxsus təyyarənin Livanın Ayn-Ebel bölgəsinə endirdiyi zərbə nəticəsində "Hizbullah"ın sahil sektorunun komandiri İsmayıl Yusaf Baz öldürüb", - məlumatda deyilir.

Bildirilib ki, o, Livanın sahil zonasından İsrailə doğru raket buraxılışlarının təşkilində iştirak edib.

Qeyd edək ki, bundan öncə İsrail PUA-sının "Hizbullah" döyüşçülərinin olduğu maşına zərbə endirdiyi barədə məlumat yayılmışdı.

Milli.Az


Etiketlər:  İsrail ordusu əməliyyat keçirdi Hizbullahın komandiri öldü


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ