Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Aprel 2024 22:30
"İlqar Muradovla duet oxumaq istəyirəm".
Sonxeber.net bakıvaxtı.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Şəbnəm Qəhrəmanova deyib.
Xalq artisti ilə duet oxumaq arzusunun olduğunu bildirən Qəhrəmanova efir vasitəsi ilə ona səslənib:
"Mən sənətə yeni başlayandan onunla duet oxumağı arzulamışam. Bir dəfə üz-üzə gəlmişik, amma risk edib, o sözü deyə bilməmişəm. Onun alicənablığının qarşısında utanmışam. Səslərimiz də çox gözəl alınar. İlqar müəllim, əgər mənim səsimə, sənətimə inanırsınızsa, sizinlə duet oxumaq istəyirəm".