Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Qarabağda basdırılan minalar... - BMT rəsmisi

Qarabağda basdırılan minalar... - BMT rəsmisi

Tarix: 17 Aprel 2024 16:14

Qarabağda basdırılan minalar minlərlə məcburi köçkünün təhlükəsiz şəkildə bölgəyə geri qayıtmasına əsas maneədir.

Milli.Az xəbər verir ki, bunu Report-a açıqlamasında BMT-nin İnkişaf Proqramının Azərbaycandakı rezident nümayəndəsinin səlahiyyətlərini icra edən Alessandra Rokkasalvo deyib.

"Münaqişədən sonrakı vəziyyətlərdə aidiyyəti tərəflər minaların təmizlənməsini asanlaşdırmaq, daha çox insan tələfatının və xəsarətlərin qarşısını almaq və həyatın normal vəziyyətə qayıtmasını təmin etmək üçün xəritələr də daxil olmaqla mövcud məlumatları qarşı tərəflə bölüşməlidir. Minaların basdırıldığı yerlər haqqında ətraflı məlumatların olmaması Qarabağ bölgəsində minlərlə məcburi köçkünün təhlükəsiz şəkildə bölgəyə geri qayıtmasına əsas maneədir", - o vurğulayıb.

Milli.Az


Etiketlər:  Qarabağda basdırılan minalar BMT rəsmisi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ