Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Aprel 2024 02:05
Əməkdar artist Lalə Məmmədova yeni görünüşü ilə gündəmə gəlib.
Sonxeber.net bizim.media-ya istinadən bildirir ki, bir müddət uzun saçlarla dolaşan sənətçi bu dəfə onları qısaldaraq imicinə fərqlilik qatıb.
Qlamur tərzdə obyektiv qarşısına keçən Məmmədova əyninə qara yandan bir düymə ilə bağlanan uzun pencək geyinib. Obrazını tamamlamaq üçün o, eyni rəngdə şəffaf əlcək taxıb.
Tez-tez imicini yeniləyən Lalə çəkdirdiyi fotoları sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb.