Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Aprel 2024 09:00
"Xarici təsirin şəffaflığı haqqında" qanun layihəsi ilk növbədə Gürcüstanı ukraynalaşmadan qorumaq, yəni Gürcüstanın suverenliyinin möhkəmləndirilməsi və ölkənin sabit inkişafının təmin edilməsi məqsədi daşıyır.
Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bu barədə Gürcüstan Baş naziri İrakli Kobaxidze deyib.
Baş nazir bildirib ki, bu qanun Gürcüstanı Avropadan uzaqlaşdırmayacaq, əksinə, onu ən mühüm xarici siyasi məqsədinə - Avropa Birliyinə inteqrasiyasına əhəmiyyətli dərəcədə yaxınlaşdıracaq.
Qeyd edək ki, ötən gün Gürcüstan parlamenti kütləvi etirazlara səbəb olan "Xarici agentlər haqqında" qanun layihəsini birinci oxunuşda təsdiqləyib.