Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

ABŞ Dövlət Departamentidən Rusiya sülhməramlılarının Qarabağdan çıxmasına münasibət

ABŞ Dövlət Departamentidən Rusiya sülhməramlılarının Qarabağdan çıxmasına münasibət

Tarix: 18 Aprel 2024 10:14

ABŞ Dövlət Departamenti Rusiya sülhməramlı kontingentinin Azərbaycanın Qarabağ bölgəsini tərk etməsinə münasibət bildirib.

APA xəbər verir ki, Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel ABŞ-nin 2020-ci ildə Qarabağda döyüşlərə son qoyan və həmin bölgədə Rusiya sülhməramlı kontingentinin yerləşdirilməsi ilə nəticələnən üçtərəfli razılaşmanın tərəfi olmadığını diqqətə çatdırıb.

O, Rusiya sülhməramlı kontingentinin "daha dinc və sabit Cənubi Qafqaz regionuna töhfə verdiyini göstərən heç nə görmədiklərini" vurğulayıb.

"Bununla belə, biz Ermənistan və Azərbaycanın davamlı və ləyaqətli sülhə nail olmaq səylərini qətiyyətlə dəstəkləyirik və bu prosesin asanlaşdırılması üçün yardımımızı davam etməyə hazırıq", - Dövlət Departamentinin rəsmisi qeyd edib.

Milli.Az


Etiketlər:  ABŞ Dövlət Departamentidən Rusiya sülhməramlılarının Qarabağdan çıxmasına münasibət


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ