Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Aprel 2024 12:18
Ermənistanın kəndlərinin Azərbaycan ərazisinə yaxınlığı təşviş yaratmamalı, sakinlərimizi sevindirməlidir.
Sonxeber.net report-a istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan Tavuş vilayətinin sakinləri ilə görüşündə deyib.
"Məqsədimiz sizin həyəcansız bir şəkildə "Azərbaycan 50 metr uzaqdadır, orada ticarətlə məşğul olacağıq, iqtisadiyyat quracağıq" deməyinizdir", - Paşinyan vurğulayıb.
O bildirib ki, bundan başqa avtomobillərin keçəcəyi keçid məntəqəsi də tikilə bilər.