Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Ərim ölməzdən qabaq zəng etdi, acıladım”

“Ərim ölməzdən qabaq zəng etdi, acıladım”

Tarix: 18 Aprel 2024 19:05

Tanınmış müğənni Ülviyyə Namazova teleproqramlardan birində şəxsi həyatı barədə danışıb.

Milli.Az bildirir ki, lent.az -ın xəbərinə görə, o iki dəfə ailə qurduğunu, birinci həyat yoldaşını avtomobil qəzasında itirdiyini söyləyib.

"Sevərək ailə qurmuşduq. Bizim məhəbbətimizi bütün Biləcəri bilirdi. Qızıma hamilə idim. O öləndən sonra övladımız dünyaya gəldi. Qəza keçirdiyi gün onunla küsülü idik. Ölməzdən qabaq zəng etmişdi, acıladım, danışmadım. Sonra yenə zəng etdi, açmadım. Kaş açaydım. Bu peşmanlığı ömrüm boyu yaşayacam", -  o bildirib.

Ülviyyə Namazova sonradan ikinci dəfə ailə qurduğunu və bu nikahdan sonra ikinci qızı doğulduğunu da qeyd edib.

Milli.Az


Etiketlər:  Ərim ölməzdən qabaq zəng etdi acıladım


RƏYLƏR