Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Aprel 2024 22:08
"Ermənistanda müəyyən xəstəlikləri olan çağırışçılar hərbi xidmətə yararlı hesab olunacaq. Belələri məhdudiyyətli hərbi xidmət keçəcək".
Sonxeber.net konkret.az-a istinadla xəbər verir ki, bu barədə müdafiə naziri Suren Papikyan bildirib.
"Bu, kliniki təzahürləri və patoloji dəyişiklikləri olmayan, kistası və ya davranış pozğunluğu müşahidə edilməyən, öyrənmə və savadla bağlı problemləri olan şəxslərə, habelə uroloji və nevroloji xəstəliklərin əlamətləri olmayan, gecə görünüşündə çətinliyi olan məcburi çağırışçılara aiddir", - deyə Suren Papikyan məlumat verib.