Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Rusiyadan İranla İsrailə çağırış

Rusiyadan İranla İsrailə çağırış

Tarix: 19 Aprel 2024 16:00

Kremlin rəsmi sözçüsü Dmitri Peskov İranla İsrail arasında münasibətlərin kəskinləşməsini şərh edib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Peskov ölkəsinin tərəflərin təmkin nümayiş etdirməsindən yana olduğunu vurğulayıb:

"Biz əvvəlkitək tərəflərin təmkin nümayiş etdirməsindən, gərginliyin daha da artmasına səbəb ola biləcək hər hansı fəaliyyətlərdən çəkinməsindən yanayıq".

Xatırladaq ki, bu gün dünya mediasında İsrailin İrana raket zərbəsi endirdiyi barədə məlumat yayılıb. Kəhcəvaristan şəhərində partlayış olduğu bildirilib. Sözügedən şəhərin yaxınlığında isə hava limanı və İran Hərbi Hava Qüvvələrinin bazası yerləşir. Adı açıqlanmayan iranlı məmurlar ölkə ərazisinə raket zərbəsinin endirilmədiyini, qeydə alınan partlayışların İranın Hava Hücumundan Müdafiə vasitələrinin işinin nəticəsi olduğunu qeyd ediblər. Daha sonra isə "CNN" İranın nüvə obyektlərinin İsrail zərbələrinin hədəfi olmadığı barədə məlumat yayıb.

Milli.Az


Etiketlər:  Rusiyadan İranla İsrailə çağırış


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ