Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Türkiyənin Özbəkistana hazır geyim məhsulları ixracı artıb

Türkiyənin Özbəkistana hazır geyim məhsulları ixracı artıb

Tarix: 20 Aprel 2024 14:54

2024-cü ilin yanvar-mart aylarında Türkiyənin Özbəkistana hazır geyim məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 1,2 dəfə artaraq, 24,7 milyon dollara bərabər olub.

Milli.Az-ın TurkicWorld-ə istinadən məlumatına görə, bu barədə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

"Bu ilin mart ayında Türkiyə Özbəkistana 13,1 milyon dollar məbləğində hazır geyim məhsulları ixrac edib ki, bu da keçən ilin mart ayı ilə müqayisədə 2,5 dəfə çoxdur", - deyə nazirlikdən vurğulanıb.

Qeyd edək ki, 2024-cü ilin yanvar-mart aylarında Türkiyənin hazır geyim məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 12,5 faiz azalaraq, 4,5 milyard dollara bərabər olub.

Bu ilin mart ayında Türkiyə 1,6 milyon dollar məbləğində hazır geyim məhsulları ixrac edib ki, bu da keçən ilin mart ayı ilə müqayisədə 18,7 faiz azdır.

Qeyd olunub ki, son 12 ay ərzində (mart 2023-mart 2024) Türkiyə 18,6 milyard dollar məbləğində hazır geyim məhsulları ixrac edib.

Milli.Az


Etiketlər:  Türkiyənin Özbəkistana hazır geyim məhsulları ixracı artıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ