Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Aprel 2024 20:10
Aşağı Əskipara, Bağanis Ayrım, Xeyrimli kəndlərinin sakinləri Ermənistan-Gürcüstan dövlətlərarası avtomobil yolunu açıblar. Əraziyə yığılan avtomobillər hərəkətə başlayıb, lakin sakinlər hələ də ərazini tərk etməyiblər.
Sonxeber.net musavat.com-a istinadən xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb.
Məlumata əsasən, bazar ertəsi adıçəkilən kəndlərin administrasiya rəhbərləri ilə baş nazirin müavini Mher Qriqoryan arasında görüş olacaq.