Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Dünyada koronavirusu ən uzun müddət keçirmiş xəstə öldü

Dünyada koronavirusu ən uzun müddət keçirmiş xəstə öldü

Tarix: 21 Aprel 2024 12:42

Niderlandın paytaxtı Amsterdamda il yarım ərzində koronavirusun 50 mutasiyasını keçirən yaşlı xəstə (kişi) ölüb.

Sonxeber.net report-a istinadən xəbər verir ki, bu barədə "Bild" məlumat yayıb.

Bildirilir ki, kişi 2022-ci ilin fevralından - 613 gün xəstə olub. O, "omikron" ştamına yoluxub və universitetin Tibb Mərkəzində müalicə alıb. Eyni zamanda, onun xəstələnmədən əvvəl infeksiyaya qarşı bir neçə dəfə peyvənd olunduğu bilinir.

Təqaüdçünün bədənindəki virus cəmi üç həftə ərzində COVID-19 əleyhinə dərmanın aktiv maddəsinə uyğunlaşaraq mübarizə aparmağa başlayıb. Prosesi araşdıran alimlərin fikrincə, bu, dünyada ən uzun müddət davam edən koronavirus xəstəliyidir.


Etiketlər:  Dünyada koronavirusu uzun müddət keçirmiş xəstə öldü


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ