Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Aprel 2024 17:44
Ukrayna ordusu üçün cəbhədə vəziyyət pisləşə bilər. Ruslar ABŞ-ın yardımı gələnə qədər məhdud imkan pəncərəsindən yararlanmaq üçün hücumlarını artıracaqlar.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu barədə ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutunun hesabatında qeyd olunub.
"Ukrayna ordusu ABŞ-ın hərbi yardımını gözləyərkən qarşıdakı həftələrdə daha çox uğursuzluğa düçar ola bilər. Lakin ABŞ-ın yeni yardımı tez gəlsə, onlar Rusiyanın hazırkı hücumunu dayandıra biləcəklər", - hesabatda bildirilib.