Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Aprel 2024 22:36
İran ordusu cənub-şərq sərhəd bölgələrində 50 minə yaxın qeyri-qanuni əcnəbi immiqrantı saxlayıb.
Sonxeber.net qafqazinfo.az-a istinadən xəbər verir ki, bu barədə İran ordusunun cənub-şərq regional bazasının komandiri Əmir Qulamalian məlumat verib.
O, bildirib ki, onun qüvvələri sərhəd polisinə milli sərhədlər boyunca qeyri-qanuni miqrasiyaya qarşı mübarizədə kömək edir, lakin onlar bunu etməyə borclu deyillər.
Onun sözlərinə görə, ordunun bölgədə həyata keçirdiyi pusqu əməliyyatları zamanı 49 min 800 qeyri-qanuni əcnəbi sərhəd polisinə təhvil verib.
Komandir qeyd edib ki, həbs edilən mühacirlər ölkənin Xarici İşlər Nazirliyi ilə razılaşdırıldıqdan sonra öz ölkələrinə deportasiya edilir.