Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Aprel 2024 12:06
Vaşinqton Rusiyanın aktivləri ilə bağlı qanunsuz qərar qəbul edərək, onların oğurlanmasına yol verib. İndi Rusiyanın xarici aktivlərlə bağlı simmetrik qərarlar qəbul etmək üçün hər cür əsası var.
Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin deyib.
"Vaşinqton oğurluq edərək açıq şəkildə qeyri-qanuni qərar verdi. Bu, şübhəsiz ki, digər dövlətlərin, bizneslərin və özəl investorların ABŞ-a olan inamını sarsıdacaq, bütün qlobal maliyyə sisteminin əsaslandığı mülkiyyət toxunulmazlığı prinsipini məhv edəcək", - o bildirib.
Onun fikrincə, belə bir qərar presedent yaradaraq beynəlxalq hüquqa düzəlməz ziyan vuracaq:
"İstənilən dövlətin də bunu etmək hüququ olacaq. Ölkəmizin indi xarici aktivlərlə bağlı simmetrik qərarlar qəbul etmək üçün bütün əsasları var. ABŞ Rusiyanın aktivlərinin müsadirəsi haqqında qanun qəbul etməklə AB-ni də eyni addımı atmağa təhrik etmək niyyətindədir, bu, Avropa iqtisadiyyatı üçün dağıdıcı olacaq".