Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Əməkdar artistin ölüm xəbəri yayıldı - FOTO

Əməkdar artistin ölüm xəbəri yayıldı - FOTO

Tarix: 22 Aprel 2024 12:35

"Səhərin gözü açılmamış evimiz adamla dolub, biri gedib, biri gəlir. Hamısını da özüm qarşılayıram. Deyirlər ki, Yusif müəllim ölüm xəbərinizi eşidib gəlmişik. Cavab verirəm ki, ölü də qonaq qarşılayar?"

Milli.Az bildirir ki, bunu Qaynarinfo-ya açıqlamasında Əməkdar artist Yusif Mustafayev ölüm xəbərindən danışarkən deyib.

Müğənni yayılan bu məlumatdan narahatıq keçirdiyini vurğulayıb:

"Telefonlar susmur, hamı zəng edir. Ailəm, qohumlarım narahat olub. Eşitmisən, bir dəqiqləşdir də. Çox pis olmuşam. Anlaya bilmirəm ki, niyə bu insanlar bəd xəbəri xoşalır". 

Yusif Mustafayev ölüm xəbərini yayanlara mesaj verib:

"Əzrayıl mələkdir, onun bunlardan xəbəri yoxdur. Bu xəbəri yayanların acığına yaşayacağam".
Qeyd edək ki, bu gün səhər saatlarında sosial şəbəkələrdə Əməkdar artist Yusif Mustafayevin ölüm xəbəri yayılıb. 
 
Milli.Az

Etiketlər:  Əməkdar artistin ölüm xəbəri yayıldı FOTO

RƏYLƏR

Populyar Xəbərlər

XƏBƏR LENTİ