Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Qarabağlı ermənilərə görə vuruşan deyilik" - Paşinyan

Tarix: 23 Aprel 2024 11:21

"Bu günlərdə Qarabağdan olan qadın mənə yaxınlaşıb soruşdu ki, onların Qarabağa qayıdışlarının mümkünlüyü nə qədərdir. Vicdanla, açıq cavab verdim ki, mövcud şəraiti, dünyadakı vəziyyəti və Azərbaycanın mövqeyini nəzərə alsaq, qayıdış hazırda mümkün deyil".

Milli.Az bildirir ki, Ermənistanın baş naziri Nikol Paşinyan dünən İrəvanda Britaniya mass-mediasının mənsublarına verdiyi müsahibədə belə deyib.

"Qarabağlı ermənilərin evlərini tərk etməmələri üçün əlimizdən gələni etdik. Amma alınmadı. Sizə açıq demək istəyirəm: Ermənistan Qarabağa görə hərbi əməliyyatlara başlamayacaq. Qarabağlı ermənilərə görə vuruşan deyilik. Mövcud proseslər sülhə və regional təhlükəsizliyə yönəlmiş səylərimizdə səmimi olduğumuza dəlalət edir", - N.Paşinyan bildirib.

Milli.Az


Etiketlər:  Qarabağlı ermənilərə görə vuruşan deyilik Paşinyan


RƏYLƏR