Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

12 barmaqlı körpə doğuldu - FOTO

12 barmaqlı körpə doğuldu - FOTO

Tarix: 23 Aprel 2024 20:22

Rusiyanın Ufa şəhərində 12 ayaq barmağı olan uşaq dünyaya gəlib.

Milli.Az lent.az-a istinadən bildirir ki, hadisə Başqırdıstan Respublikasının paytaxtının perinatal mərkəzində qeydə alınıb.

Bildirilir ki, o, ailənin üçüncü övladıdır, böyük qardaşları kimi o da qeysəriyyə əməliyyatı ilə dünyaya gəlib.

"Ailənin bütün uşaqlarında anadangəlmə polidaktiliya var idi - hər ayağında əlavə barmaq, xəstənin anasından onlara ötürülüb", - tibb müəssisəsinin açıqlamasında deyilir.

Həkimlər aydınlaşdırıblar ki, qadının çəkisi artıq olduğundan ultrasəsdən istifadə edərək patologiyanı əvvəlcədən araşdırmaq çətin olub. Perinatal mərkəz bildirib ki, uşaq dünyaya gələn kimi anası dərhal körpənin ayaq barmaqlarını saymağı xahiş edib.

Hazırda oğlan da əvvəlki qardaşları kimi əməliyyat olunmalı olacaq.

Milli.Az


Etiketlər:  12 barmaqlı körpə doğuldu FOTO


RƏYLƏR