Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bayden: Sənəd masama qoyulan kimi onu imzalayacağam

Bayden: Sənəd masama qoyulan kimi onu imzalayacağam

Tarix: 24 Aprel 2024 10:46

ABŞ Prezidenti Co Bayden Konqres tərəfindən təsdiqlənmiş Ukraynaya hərbi yardım haqqında qanun layihəsi paketini dərhal imzalayacaq.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Birləşmiş Ştatlar prezidentinin Ağ Evin rəsmi saytında dərc olunan açıqlamasında qeyd olunub.

"Sabah qanun layihəsi masama qoyulan kimi onu imzalayıb Amerika xalqına müraciət edəcəyəm ki, bu həftə Ukraynaya silah və texnika göndərməyə başlayaq", - deyə C.Baydenin açıqlamasında bildirilib.

Qeyd olunub ki, aprelin 20-də qanun layihəsi ABŞ Konqresinin Nümayəndələr Palatasında, ötən gün isə Senatda dəstəklənib.

Qanun layihəsi ABŞ-nin Ukrayna, İsrail və Tayvana 95 milyard dollarlıq yardım paketini nəzərdə tutur.

Milli.Az


Etiketlər:  Bayden Sənəd masama qoyulan kimi onu imzalayacağam


RƏYLƏR