Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İlham Əliyev: Biz ənənəvi tərəfdaşlarımızla, qardaş ölkələrlə münasibətləri inkişaf etdiririk

İlham Əliyev: Biz ənənəvi tərəfdaşlarımızla, qardaş ölkələrlə münasibətləri inkişaf etdiririk

Tarix: 24 Aprel 2024 13:51

Azərbaycanı və Mərkəzi Asiyanı əsrlər boyu əməkdaşlıq və dostluq münasibətləri birləşdirir.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 24-də Qırğız Respublikasının Prezidenti Sadır Japarov ilə mətbuata bəyanatında deyib.

Bu gün Mərkəzi Asiya regionunun, Azərbaycanın yerləşdiyi Xəzər regionunun və Cənubi Qafqazın çox mühüm əhəmiyyət kəsb etdiyini vurğulayan dövlətimizin başçısı xüsusən enerji, nəqliyyat və ticarət sahələrində böyük potensialın olduğunu vurğulayıb.

"Ən önəmlisi, biz ənənəvi tərəfdaşlarımızla, qardaş ölkələrlə münasibətləri inkişaf etdiririk. Qırğız Respublikası ilə də əməkdaşlıq xüsusi əhəmiyyət daşıyır", - deyə Azərbaycan Prezidenti qeyd edib.

Milli.Az


Etiketlər:  İlham Əliyev Biz ənənəvi tərəfdaşlarımızla qardaş ölkələrlə münasibətləri inkişaf etdiririk


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ