Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Huawei'' smartfonlarında insanları “soyundurmaq” funksiyası tapıldı

''Huawei'' smartfonlarında insanları “soyundurmaq” funksiyası tapıldı

Tarix: 30 Aprel 2024 01:56

Yeni "Huawei" smartfonlarında olan süni intellekt (AI) insanları fotoşəkillərdə "soyundurmaq" qabiliyyətinə malikdir.

Sonxeber.net lent.az-a istinadən xəbər verir ki, Çinin "Guang Ming Daily" nəşri buna diqqət çəkib.

"Huawei Pura 70" seriyalı cihazlarda fotoşəkilləri redaktə edə bilən süni intellekt funksiyaları var - xüsusən də şəkillərdəki lazımsız obyektləri silmək. Cihazların ilk istifadəçilərindən bəziləri sosial şəbəkələrdə süni intellektin digər şeylərlə yanaşı insanları "soyundura" biləcəyini söyləyib.

İstehlakçılar telefonun daxili neyron şəbəkəsinin fotoşəkillərdəki insanların bəzi geyim əşyalarını çıxarmağa qadir olduğunu göstərən şəkillər paylaşıblar. Lakin "Huawei" bu funksiya haqqında məlumat verməyib. Onu "Huawei Pura 70" qadcetlərində tapan istifadəçilər qeyd ediblər ki, bu seçim kifayət qədər effektiv işləyir.

"Huawei" sosial şəbəkələrdəki mesajlara cavab verib. Korporasiya bildirib ki, süni intellektə əsaslanan retuş alətləri həqiqətən də fotoşəkillərdə bəzi detalları silməyə qadirdir, lakin funksiya gözlənildiyi kimi işləmir. Şirkət nümayəndələri növbəti yeniləmədə problemləri aradan qaldıracaqlarına söz veriblər.


Etiketlər:  Huawei smartfonlarında insanları soyundurmaq funksiyası tapıldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ