Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Noyabr 2019 09:12
Bakı. İlhamə İsabalayeva - Trend:
Birinci vitse-prezident Mehriban Əliyevanın dahi şair İmadəddin Nəsiminin yubileyi münasibətilə bir gündə 650 min ağac əkilməsi təşəbbüsü çərçivəsində Ələt-Astara magistralının Masallı rayonundan keçən hissəsində yolun hər iki tərəfində yaşıllıq zolağı salınacaq.
Bunu Trend-ə Masallı Rayon İcra Hakimiyyətinin başçısının müavini Adəm Məhərrəmov deyib.
Onun sözlərinə görə, təşəbbüs çərçivəsində Masallı rayonunda 5000 ağac əkiləcək. Əkin sahəsi 5 min hektar ərazini əhatə edəcək.
A.Məhərrəmov ərazidə ağcaqayın ağacının əkilməsinə üstünlük veriləcəyini söyləyib: “Artıq ağacların əkiləcəyi ərazilərdə hamarlama işləri aparılıb, çalalar qazılıb. Biz artıq əkinə tam hazırıq”.
Qeyd edək ki, noyabrın sonunda Birinci vitse-prezident Mehriban Əliyevanın dahi şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə bir gündə respublikamızda 650 min ağacın əkilməsi təşəbbüsü həyata keçiriləcək. Azərbaycanın tarixində ilk dəfədir ki, bir gün ərzində bu qədər çox sayda ağac əkiləcək.
Bütün ağaclar Meşə Təsərrüfatı Mərkəzlərinin və Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu ASC-nin 17 tinglik sahəsində yetişdirilib. Əkiləcək ağaclar arasında həm meşəcinsli, həm də meyvə ağacları olacaq. Kütləvi ağacəkmə tədbirinin keçiriləcəyi bir gündə əsasən xan çinarı, Eldar şamı, sərv, akasiya, söyüd, göyrüş, iydə, zeytun, qarağac, əncir, qovaq, şaftalı, gavalı, alma, cökə, qızılağac, saqqız, katalpa, çinar, nar və s. əkiləcək.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin