Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 May 2024 14:14
Qadın amansızlıqla qətlə yetirilib.
Sonxeber.net Xəzər TV-yə istinadən bildirir ki, hadisə Abşeronda, Xırdalan şəhərində qeydə alınıb.
Xırdalan şəhəri ərazisində 48 yaşlı Sevinc Əhmədağayevanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Araşdırma zamanı 50 yaşlı Laçın Əhmədağayevin yaşadıqları evdə arvadı Sevinc Əhmədağayevaya bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Mərhumun qapı qonşusu Esmira Nəcəfova bildirib ki, ailədə indiyə qədər elədə problem olmayıb:
"5 ildir onlar burada yaşayırlar. Heç bir söz - söhbət eşitməmişik. Belədə ki bilinmir o nə üstündə olub. Çox sakit qadın idi, uşağı alırdı yanına, gedirdi mağazaya çörək alıb, qayıdrdı evinə. Oğlan da sakit təbiətli biri idi, görəndə hal əhval tuturdu. Şoka düşmüşəm ki, bu nədən ola bilər...
Axşam polisləri gördüm şoka düşdüm. Dedim axı, necə ola bilər ki, Laçın bunu törətsin",- qonşu deyib.
Faktla bağlı rayon prokurorluğunda cinayət işi başlanıb, Laçın Əhmədağayev şübhəli şəxs qismində tutulub. Hazırda ibtidai istintaq davam edir.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: