Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 May 2024 17:00
Bu gün ölkədə Ağakərim ləqəbi ilə məşhurlaşan meyxanaçı Kərim Novruzovun doğum günüdür. Onun 60 yaşı tamam olur.
Bizim.Media xəbər verir ki, söz xiridarının oğlu Kamil "Elgizlə izlə" ictimai-sosial verilişinə zəng edərək, atasının səhhətindən danışıb.
Kamil uzun illərdir yataq xəstəsi olan valideyninin vəziyyətinin stabil olduğunu söyləyib:
"Desəm ki, atam yaxşıdır yalan olar. Səhhəti stabildir. Nəfəsi gedib-gəlir, bu günə min dəfə şükür. Atamın müalicəsi ev şəraitində davam edir. Həkimlər müalicələr üçün əllərindən gələni edirlər. Onlar özləri də deyirlər ki, hər şey Allahın əlindədir. Atam insult xəstəsidir. Beyninə illər əvvəl qan sızıb. Mənəvi və maddi tərəfindən atama qulluq etmək oğul kimi borcumdur. İnsanların duası kifayyətdir. Atama çox həkimlər baxıb və müxtəlif müalicələr ediblər. Əgər həkim varsa, hansı ki özünə əmindir və deyəcək ki, Kərim Novruzovu 1-5-10 ilə ayağa qaldıraram, veriliş vasitəsi ilə əlaqə saxlasın".
Qeyd edək ki, Ağakərim 2017-ci il martın 30-da beyinə qansızma diaqnozu ilə xəstəxanaya yerləşdirilmişdi. Sənətçi üç dəfə insult keçirib.