Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 May 2024 17:40
"WhatsApp" İran, Şimali Koreya və Suriyada qadağan edilib. Qətər, Misir, İordaniya və Birləşmiş Ərəb Əmirlikləri kimi digər ölkələr də proqramda səsli zəng kimi bəzi funksiyaları məhdudlaşdırıb.
Lakin buna baxmayaraq istifadəçilər proqramdan gizli şəkildə istifadə ediblər.
Sonxeber.net sfera.az-a istinadən xəbər verir ki, bu barədə "WhatsApp"ın idarəçisi Will Cathcart bildirib.
O qeyd edib ki, VPN-lərin artması və ötən ilin iyun ayında istifadəyə verilmiş "WhatsApp Proxy" xidməti proqrama davamlı girişi təmin edib.