Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Noyabr 2019 11:32
"Yuventus"un futbolçusu Kriştiano Ronaldo yayda Turin klubunu tərk edə bilər.
Qol.az-ın "The Sun"a istinadən yaydığı xəbərə görə, bu barədə ispan jurnalist Eduardo İnda bildirib. O deyib ki, A seriyası təmsilçisi Çempionlar Liqasının qalibi olmayacağı təqdirdə, bu baş verə bilər.
Nəşr həmçinin yazıb ki, "Yuventus" yayda Pol Poqba və Killian Mbappeni almaq istəyir. Ancaq xüsusilə, Mbappenin maaşının çox olması səbəbindən bu, çətin olacaq. Maaş problemini həll etmək üçün rəhbərlik Ronaldonun klubdan ayrılmasına razılıq verə bilər.
Qeyd edək ki, Ronaldo ötən ilin yayında İtaliya klubuna transfer olunub.