Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Noyabr 2019 14:12
Bakı. Samir Əli - Trend:
Bakı Dövlət Universitetinin 2№ li yataqxanasında zəhərlənmə baş verib. Səhiyyə Nazirliyindən faktla bağlı Trend-ə bildirilib ki, hadisəsi barədə məlumat Təcili Tibbi Yardıma saat 12.35-də daxil olub:
"Həkimlər Mətbuat küçüəsi 36 ünvanına çatdıqda otaqda huşsuz vəziyyətdə 3 tələbə qız aşkarlayıblar. Təcili Tibbi Yardım həkimlərinin bildirdiyinə görə huşsuz vəziyyətdə tapılan qızların ağızlarından qan gəlib. Zəhərlənməsi ehtimal edilən qızlardan biri ölmüş, ikisi isə kritik vəziyyətdə Təcili Tibbi Yardım avtomobili ilə KTM-ə çatdırılıblar".
Hazırda 20-22 yaş arası olan qızların vəziyyətinin kritik olduğu qeyd edilir. Müalicələri davam edir.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin