Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Uşaqlarda dəri yanması riski: Xərçəngə səbəb olur

Uşaqlarda dəri yanması riski: Xərçəngə səbəb olur

Tarix: 4 Iyul 2025 03:03

Yay aylarında günəşə məruz qalmanın müxtəlif faydaları var, lakin həddindən artıq olmamaq və müəyyən saatlarda kölgədə qalmaq lazımdır.

Sonxeber.net e-saglam.az-a istinadən xəbər verir ki, körpələrdə və uşaqlarda günəş yanıqları sonrakı illərdə dəri xərçəngi riskini artırır.

Günəş hər kəs üçün D vitamini mənbəyidir, eyni zamanda xüsusilə uşaqlar üçün ciddi risklər yaradır.

Araşdırmalar göstərir ki, körpəlikdə və uşaqlıqda yanıqlar gələcəkdə dəri xərçəngi riskini əhəmiyyətli dərəcədə artırır.

Bu saatlara diqqət!

Mütəxəssislər 10:00-16:00 arasında çölə çıxmaqdan mümkün qədər uzaq durmağın vacibliyini vurğulayaraq, geniş kənarlı papaqlar, açıq və pambıq paltar seçiminin vacibliyini vurğulayırlar.

Körpələrə ilk 6 ayda günəş kremi tövsiyə edilmir. Bundan sonra günəşdən qoruyucu ən azı SPF 30 olmalıdır.

6 aydan sonra körpələr də günəş eynəyi taxmalıdırlar.


Etiketlər:  Uşaqlarda dəri yanması riski Xərçəngə səbəb olur


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ