Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Aynur Dadaşovanın xalası efirə çıxdı: “Bəxti mənə oxşamasın” - VİDEO

Aynur Dadaşovanın xalası efirə çıxdı: “Bəxti mənə oxşamasın” - VİDEO

Tarix: 7 May 2024 14:45

Müğənni Aynur Dadaşovanın xalası Şəhla xanım efirə çıxıb. 

Sonxeber.net bizim.media-ya istinadən bildirir ki, paytaxtın gözəllik salonlarının birində vizajist kimi çalışan sənətçinin xalası "Elgizlə izlə" ictimai-sosial verilişinə müsahibə verib. 

Şəhla xanım A.Dadaşovanı o ki var tərifləyib: 

"Aynurun çox gözəl ürəyi var. O, hər zaman qohumlarının yanındadır. Dualarım onunladır. Aynur saf və zəhmətkeş insandır. Bəxti mənə oxşamasın". 

Xalasının bu sözləri isə Aynuru kövrəldib. Dadaşova fikirlərini belə nəql edib: 

"Şəhla xanım 40 ildir ki, stilist kimi çalışır, gəlinləri bəzəyir. Əvvəllər o Sabirabadda indi isə artıq Bakıda işləyir.  Hər zaman xalam deyir ki, arzu edirəm ki, bəxtim Aynurun bəxtinə bənzəməsin. Onun bir övladı var idi. O da 12 yaşında dünyasını dəyişdi. Xalam o gündən bəri təkdir. Əslində biz onu tək qoymuruq. O çox zəhmətkeşdir. Allah sənə o qədər can sağlığı versin ki, hər zaman öz ayaqlarının üzərində dura bilməyi bacarasan və heç kimə möhtac olmayasan. Allah da təkdir. Sən tək deyilsən. Sənin yanında biz xala qızları var və hər zaman da olacağıq". 


Etiketlər:  Aynur Dadaşovanın xalası efirə çıxdı Bəxti mənə oxşamasın VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ