Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Türkiyə avtomobil sənayesi məhsulları ixracını artırıb

Türkiyə avtomobil sənayesi məhsulları ixracını artırıb

Tarix: 7 May 2024 17:18

2024-cü ilin yanvar- aprel aylarında Türkiyənin avtomobil sənayesi məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 5,1 faiz artaraq 11,9 milyard dollara bərabər olub.

Sonxeber.net-ın TurkicWorld-ə istinadən xəbərinə görə, bu barədə Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

"Bu ilin aprel ayında Türkiyə 2,7 milyard dollar məbləğində avtomobil sənayesi məhsulları ixrac edib ki, bu da keçən ilin aprel ayı ilə müqayisədə 2,1 faiz çoxdur," - deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (aprel 2023- aprel 2024) Türkiyə 35,6 milyard dollar məbləğində avtomobil sanayesi məhsulları ixrac edib.


Etiketlər:  Türkiyə avtomobil sənayesi məhsulları ixracını artırıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ