Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 May 2024 19:18
2024-cü ilin yanvar-aprel aylarında Türkiyənin elektrik avadanlıqları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 0,8 faiz azalaraq 5,2 milyard dollara bərabər olub.
Sonxeber.net-ın TurkicWorld-ə istinadən xəbərinə görə, bu barədə Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.
"Bu ilin aprel ayında Türkiyə 1,2 milyard dollar məbləğində elektrik avadanlıqları ixrac edib ki, bu da keçən ilin aprel ayı ilə müqayisədə 1,3 faiz azdır", - deyə nazirlikdən bildirilib.
Qeyd olunub ki, son 12 ay ərzində (aprel 2023- aprel 2024) Türkiyə 16,2 milyard dollar məbləğində elektrik avadanlıqları ixrac edib.