Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Rumen Radev Ulu Öndərin məzarını ziyarət edib

Rumen Radev Ulu Öndərin məzarını ziyarət edib

Tarix: 8 May 2024 16:12

Ölkəmizdə rəsmi səfərdə olan Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev mayın 8-də Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üzərinə tər güllər düzülüb.

Ali qonaq görkəmli dövlət xadimi Əziz Əliyevin və tanınmış həkim, alim Tamerlan Əliyevin məzarları üstünə də gül dəstələri qoyub.

Milli.Az


Etiketlər:  Rumen Radev Ulu Öndərin məzarını ziyarət edib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ