Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 May 2024 16:50
Malayziyada azarkeşlər millinin və "Selanqor" klubunun futbolçusu Faysal Halimə hücum ediblər.
Sonxeber.net İdman.Biz-ə istinadən bildirir ki, Kuala-Lumpurda alış-veriş edən futbolçunun üzərinə yandırıcı maddə də atılıb.
Halimin boynu, kürəyi, qolu və sinəsində 2-ci dərəcəli yanıqlar yaranıb. Hadisə ilə bağlı 1 nəfər həbs olunub.
Qeyd edək ki, bu, Malayziyada yaşanan ilk belə hadisə deyil. Bundan əvvəl ölkənin əsas komandası və "Terenqanu" klubunun futbolçusu Akyar Raşid də eyni halla üzləşib.