Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 May 2024 17:36
Ev dustaqlığında olan Pakistanın keçmiş baş naziri İmran Xanın həyat yoldaşı Büşra Bibi həyat yoldaşı ilə eyni həbsxanada cəza çəkmək istəyi ilə məhkəməyə müraciət edib.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, İslamabad Ali Məhkəməsi qadının vəsatətini qəbul edib.
Beləliklə, Büşra Bibi cəzasını həyat yoldaşı İmran Xanla eyni həbsxanada - Ravalpindi şəhərinin Adayal həbsxanasında çəkəcək.
Qeyd edək ki, müxtəlif cinayət əməllərində ittiham olunan keçmiş hökumət başçısı və onun həyat yoldaşı Büşra Bibi 7 il həbsə məhkum edilsə də, sonradan hər iksinin cəzası 14 ilədək artırılıb.