Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Beyninə çip yerləşdirilmiş ilk pasiyentin son vəziyyəti açıqlandı

Beyninə çip yerləşdirilmiş ilk pasiyentin son vəziyyəti açıqlandı

Tarix: 11 May 2024 18:00

İlon Maskın "Neuralink" proqramı çərçivəsində 2024-cü ilin martında ilk dəfə beyninə çip yerləşdirilmiş xəstənin son vəziyyəti açıqlanıb. Xəstə 29 yaşlı iflic olan Noland Arbo olub. Çip implantasiya edildikdən 100 gün sonra, xəstənin beyni implantı rədd etməyə başladığı üçün şirkət onun üçün proqram yeniləməsi buraxıb.

Sonxeber.net oxu.az-a istinadən bildirir ki, bu barədə "Neuralink" öz rəsmi bloqunda məlumat verib.

Şirkət əvvəlcə yeniləmənin çipi sürətləndirmək üçün lazım olduğunu açıqlayıb, lakin sonradan məlum olub ki, bu, bəzi elektrodların beyinlə əlaqəsini itirməsi problemini də həll etməlidir.

"Neuralink"in nümayəndələrinin sözlərinə görə, çipin elektrodlarının bəziləri beyinlə əlaqəni itirib və bu, impulsların oxunma sürətinin azalmasına səbəb olub. Bu problemi həll etmək üçün "Neuralink"in mütəxəssisləri qalan elektrodların əlavə yükü üzərinə götürməsinə imkan verən yeniləmə buraxıblar.

Beyninə implant yerləşdirilmiş heyvanların beyinləri daha kiçik olduğundan və kəllə sümüyündə daha az hərəkət diapazonuna malik olduğu üçün belə problemlər olmayıb. "Neuralink" nümayəndələri hesab edirlər ki, problemi çipin kəllə sümüyünə deyil, birbaşa beyinə implantasiyası ilə həll etmək olar.


Etiketlər:  Beyninə çip yerləşdirilmiş pasiyentin vəziyyəti açıqlandı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ